
"Arranews.ir" Iran informasiya agentliyinə görə bu günlərdə İranın ruhani lideri nümayəndəsi, Ərdəbil şəhərin imam-cüməsi Ayətullah Seyid Həsən Amili Xocalıda baş vermiş hadisələrə bağlı sensasiya dolu bəyanatla çıxış edib. O deyib ki, Azərbaycan tərəfində İranın əlini kəsmək üçün Qarabağ müharibəsi zamanında İsrail kəşfiyyatı Türkiyədə "Ergenekon" təşkilatı yaratdı. Dedilər ki, Qarabağ münaqişəsində Azərbaycana kömək etmək üçün İran guya yeni "Həzbolla" təşkilatı yaradır, və təcili surətdə bu prosesin qarşısını almaq lazımdır.
Türkiyədə əslində azərbaycanlı olan general Vəli Kiçiyə bu missiyanı qısa zamanda həyata keçirməyi tapşırıldı. Onun rəhbərliyi altında Azərbaycanda xüsusi təşkilat yaranır, dövlət çevrilişi planı hazırlanır.
"Bu çevrilişin həyata keçməsi üçün cəbhədə böyük itki üz verməli, sözün əsl mənasında ağır bir faciə yaşanmalı idi. Məhz belə bir şəraitdə Xocalı faciəsi amansızlıqla təşkil edildi. Xocalı faciəsi barədə söz çoxdur. Xocalı faciəsinin ildönümü ilə bağlı cümə xütbələrində bu barədə danışmışam. Bu münasibətimə görə ittiham edilmişəm ki, guya Azərbaycan xalqını günahkar sayıram. İnsafınız olsun, xain siyasətçilərin cinayətini xalqın ayağına yazmayın və mən xalqı yox, məlum qüvvələri nəzərdə tutmuşam. Bu faciə azərilərə namus ləkəsi gətirdi", - diyə Amili vurğuladı.
Məlum məsələdir ki, Xocalı qırğınından bir neçə gün sonra Ayaz Mütəllibov devrildi.
"Mütəllibov rusların himayəsində deyildimi, onlar öz adamlarını devirib qərbpərəst Elçibəyi mi gətirmək istəyirdilər?! Gün kimi aydındır ki, belə deyil. Çevriliş rusların himayə etdiyi hakimiyyətə qarşı idi. Amma onların izahı ilə Qarabağ cəbhəsindən İranın əlini kəsmək üçün hazırlanmış, günahsız insanların qanı üzərində qurulmuş bir məkrli plan idi. Onun arxasında Ergenekon, əslində Mossad dayanırdı", - imam dedi.
Amili əlavə etdi ki, Minlərlə səhifədən ibarət Ergenekon cinayət qovluğu bu gün vərəq-vərəq oxunur, xəyanətlər ifşa olunur. Amma onun Azərbaycana aid hissələri həmişəlik qapadıldı. "Vəli Kiçik, onun türkiyəli və azərbaycanlı kadrları Xocalı qırğınına görə dindirilmir. Azərbaycan məlum dövlət çevrilişi planının üstündən çox asanlıqla keçdi. Həmin planın iştirakçıları bu gün parlamentdə, prezident aparatında böyük vəzifələr tuturlar. Acınacaqlı bir haldır, Xocalı qırğınına şərait yaradanlardan bəziləri bu faciənin dünyada anılması üçün elə canfəşanlıq göstərirlər ki, təəccübdən donub qalırsan."
İran ali məhkəməsinin sədri Müsəvi Ərdəbili məhrum Hacı Əlikram vasitəsilə Azərbaycana səfəri çərçivəsində xalq hərəkətinin liderlərdən biri ilə görüşüb və müxtəlif sahələrdə o cümlədən Qarabağ məsələsində əməkdaşlıq etməyə təklif etdi. Amma yardım təklifi rədd edildi. Ərdəbili "Mən tək Təbrizi Azərbaycanın paytaxtı əlan etmək üçün İrana gedəcəyim" cavabı aldı.
Mərhum Rövşən Cavadov ona kömək edən təbrizli generalla söhbət zamanında maraqlı bir nüansa toxundu. O dedi ki, devrilişdən və inauqurasiyadan sonra prezident (Elçibey?) birinci növbədə onunla görüşəcək, və ona Qarabağı almağa planından suallar veriləcək, amma söhbət vaxtında prezident onu stoldakı papkanı göstərdi və "Bizə sizin İranla əməkdaşlığınız haqqında hər şey məlumdur (bu papka İsraildən Türkiyəyə, sonra isə Azərbaycana göndərilibmiş). Bu gündən başlayaraq bütün təmaslar kəsməniz lazım. Bizə İranın köməyi lazım deyil. Əgər mən Qarabağı İran köməyi ilə geri qaytaracağımızı bilsəm, bu torpaqları ermənilərə hədiyyə verəcəyim. Qarabağ ciddi problem deyil və qısa zamanda öz həllini tapacaq. Biz İranla mübarizə aparırıq və onunla müharibəyə hazır olmalıyıq. Bizim həqiqi düşmənlər ermənilər yox, iranlılardır", - diyə prezident vurğuladı.
Bundan sonra hər şey deyişdi - əməkdaşlıq kəsildi, kömək təklifi rədd edildi, müştərək qərargahda əməkdaşlıq üçün Azərbaycan tərəfi dəvəti ilə gəlmiş iranlı hərbçilər isə həbs edildi. "Onların Türkiyədən və İsraildən gələn müstəntiqlər tərəfindən istintaq edilməsi çox qəribədir", - Amili dedi.
"Cəbhədə İranın təsirini hiss edərək, bir qrup siyasətçilər türk-israilli fırıldağına inanaraq Xocalı hadisələri törətdi", - imam vurğulayarag dedi ki, Azərbaycan hakimiyyəti İsrailə öz kəşfiyyat şəbəkəsini yaymaya və səfirlik açmaya icazə verir. Eyni zamanda İsrailli siyasətçilər İranı vurmaq üçün Azərbaycanın onlara ən uyğun nöqtəsi olduğunu açıqca bəyan edirlər.