1992
1 yanvarda – Ağdam batalyonu Yəgub Rzayev komandalığı altında altı tanklarla və dörd BTR ilə Dağlıq Qarabağın şərqindəki Xramost erməni kəndinə hücum etdilər. Sonra bu istiqamətdə Azərbaycan tərəfindən öz müdafiə dəstələr göründü.
6 yanvarda – Dağlıq Qarabağ respublikasının istiqlal bəyannaməsi qəbul olundu.
13 yanvarda – Şahumyanovska şəhəri atəşə tutanda azərbaycanlılar ilk dəfə reaktiv yaylım atəşi Qrad qurğusundan istifadə etdilər.
21-22 yanvarda – Erməni hərbi hissələri Stepanakertdəki Azərbaycan OMON dayaq bazasını darmadağın etdi. Sağ qalmış OMON döyüşçülər döyüşlərlə Ağdama çatdılar.
31 yanvarda – Azərilər ermənilərin üzərinə ağır silahlarla qəti hücuma keçdilər.
Fevral əvvəllərində - apreldə - Azərilərlə məskun edilmiş Şuşa rayonundakı Malibeyli, Martuni rayonundakı Qaradağlı və Kəlbəcər rayonundakı Ağdaban yaşayış məntəqələri ermənilər tərəfindən tutuldu. Bunun nəticəsində ən az 99 mülki şəxslər öldürüldü, 140 nəfər isə yaralandı.
14 fevralda – 7 vertolyot müsadirəsi nəticəsində Azərbaycan vertolyot eskadrilyası yaradıldı.
25 – 26 fevralda – Erməni hərbi hissələri Xocalı şəhərini tutdular, ki bu hadisə Qarabağ müharibəsinin ən böyük və qəddar qırğınlardan biri sayılır.
10 apreldə - Azəri hərbi hissələr Mardakert rayonunun Marağa kəndini tutdular, ki bunun nəticəsində çox ermənilər öldürüldü.
18 mayda – Erməni hərbi hissələr Laçını tutdular və Qarabağ və Ermənistan əlaqələr üçün koridor açdılar.
12 iyunda – Azərbaycan ordusunun yay hücumları – nəticədə Şahumyan rayonu, Mardakert və Əsgəran rayonların bir qismi onların kontrolu altındadır. Azərilər lap rayonun mərkəzi olan Əsgərana yaxınlaşdı.
Sentyabr – oktyabr – Surət Hüseynov komandalığı altındakı Azərbaycan ordusunun Laçın koridoru tutmaq üçün nəticəsiz təşəbbüslər.
17 noyabrda – Dağlıq Qarabağ respublikasının ordusu Kican – Vaquas istiqamətində hücuma keçdi, müharibədə ermənilər xeyrinə qəti dəyişikliklər oldu.
1993
27 martda – Kəlbəcərə ermənilərin hücumunun başlanğıcı.
3 apreldə - Kəlbəcəri tutdular.
5 apreldə - Erməni hərbi hissələr Omar dağ keçisinə çatdılar. Azəri qoşunlar böyük itkilərlə Murov dağ silsiləsini keçdilər və bütöv Kəlbəcər rayonunu tərk etdilər. Ermənilər Kəlbəcəri Gəncə ilə bağlanan dörd yol ağzını tutdular.
27 iyunda – Erməni hərbi hissələr Mardakert şəhərini tutdular.
23 iyulda – Ermənilər 40 günlük döyüşlər sonra Ağdamı tutdular.
23 avqustda – Mirzə Abayev komandalığı altında olan erməni batalyonu Füzuli şəhərini tutdular.
23-25 avqustda – Erməni hərbi hissələr Cəbrayıl rayon mərkəzinə girdilər və bütöv rayonu tutdular.
31 avqustda – Erməni hərbi hissələri Qubadlı şəhərini tutdular.
23-24 oktyabrda – ermənilər cəbhə xəttinin cənubi tərəfində əks-hücuma keçdilər. Mühüm strateji nöqtə olan Horadiz tutuldu. Horadizi tutanda ermənilər Zəngilan rayonu və Cəbrayıl rayonunun bir qismi Azərbaycandan təcrid etdi.
28 oktyabrda – Erməni hərbi hissələri tank batalyonunun kömək ilə (25 tank) Mincevan demir yol stansiyasını tutdular.
1 noyabrda – Ermənilər rayon mərkəzi olan Zəngilanı və həmhüdud yaşayış məntəqələri öz kontrolu altına aldılar. Azərilərin Zəngilan polku Arazdan İrana keçdi.
1994
1994 ildə atəşkəs müqaviləsi imzalanma vaxtında DQR ərazilərinin konturları 1991 ildəki Dağlıq Qarabağ Respublikasının ərazilərinin konturlara uyğun çəkilib.
DQR müasir inzibati - ərazi bölgüsü. Azərbaycan kontrolu altıda olan Dağlıq Qarabağ Şahumyan, Mardakert və Martuni rayonlarının qisimləri qeyd edilib.
6 yanvarda – Azərbaycan ordusu Horadiz demir yol stansiyasını tutdu.
20 yanvarda – Azərbaycan ordusununKəlbəcər cəbhəsində döyüşən üç briqadalardan ikisi cəbhə xəttini yararaq rayonun 14 yaşayış məntəqələri tutdu və Mardakert – Kəlbəcər şosesinə çıxdı.
12-18 fevralda – Omar dağ keçidi uğrunda döyüşlər gedir.
1994 ildəki qış əməliyyatları nəticəsində cəbhə xətti çox dəyişmədi, çünki Azərbaycan yalnız şimalda və cənubda öz ərazilərinin bir qismi qaytara bildi. Lakin itkilər siyahı gözə çarpacaq qədər artdı. Azərilər əməliyyat nəticəsində təxminən 4000 nəfər itirdi, ermənilər isə - 2000...
15 fevralda – Azərilər Horadizi və Füzuli rayonunu bir qismi qaytardılar (Füzuli şəhərisiz).
17 martda – Stepanakert yanında erməni silah qüvvətləri Moskvadan Tehrana 7 iranlı diplomatları gətirən, İran hərbi-hava qüvvətləri C-130 Hercules hərbi – nəqliyyat təyyarəsini vurdular. 19 sərnişin (hamı qadınlar və uşaqlar) və ekipaj 13 üzvü həlak oldu.
1994 ilin 10 apreldə erməni hərbi hissələri Tər –Tər əməliyyatı başladılar. Döyüş əsas sahəsinə lülə və reaktiv artilleriya kömək ilə Stepanakert mobil polkunun və DQR müdafiə ordusunun başqa hissələrinin 1500 əsgəri və zirehli texnikanın 30 vahidləri göndərilib.
Azeri qoşunlar Elbrus Orucov komandalıq altında inadlı müqavimət göstərdilər.
16 apreldə - 6 mayda – Erməni komandalıq Tər –Tər cəbhəsində beşinci motopiyada briqada və Tiqran Mets motopiyada batalyonu kömək ilə fasiləsiz hücumlar nəticəsində azəri qoşunları geri çəkilməyə məcbur elədi. Tər - Tərin qərbindəki və Ağdamın şimalındakı bir necə yaşayış məntəqələri ermənilərin kontrolu atına keçdi. Yalnız bir həftə ərzində azərilər 2000 əsgər itirdilər. Erməni hərbi hissələr zirehli texnikanın 28 vahidi ələ aldılar – 8 tank, 5 BMP, 15 zirehli avtomobil.
Atəşkəs
5 mayda – Müstəqil Dövlətlər Birliyi vasitəçilik ilə Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ Respublikası Bişkek protokolu imzaladılar.
9 mayda – Rusiya prezidentinin Dağlıq Qarabağdakı səlahiyyətdar müvəkkil Vladimir Kazimirov müddətsiz atəşkəs müqaviləsi hazırladı, ki eyni gün Bakıda Azərbaycan müdafiə naziri Məmmədrafi Məmmədov imzaladı.
10 mayda – Bu müqaviləni Yerevanda Ermənistan tərəfindən müdafiə naziri Serj Sarkisyan imzaladı.
11 mayda – Stepanakertdə Dağlıq Qarabağ Respublikası tərəfindən ordunun komandiri Samvel Babayan imzaladı.
Həmin müqavilə 1994 ilin 12 iyulunun gecə yarısında qüvvəyə mindi.