
Son vaxtlarda epistolyar janrı Azərbaycan təbliğatının ayrılmaz hissəsidir. Hər yerindən duran məktub yazır – mifik kiçik qızlar, bunlar kimi mifik erməni oğlanlar, "terrorun qurbanları", parlamentin deputatları. İndi növbə amerikalı kongressmenlərə məktub yazan Milli Məclis yanında 1992 ilin Ağdam hadisələri araşdırması komitəsinin keçmiş sədri Ramiz Fətəliyevə çatdı.
Deyəsən cənab Fətəliyev hadisələr haqqında həqiqəti danışmağa cəsarət edən soydaşlarının pis taleyini xatırlayaraq risk etməməyə və öz rəhbərliyi altında toplanmış obyektiv məlumatların üstündən keçməyə qərar vermişdir.
Hələ 2009 ildə o Xocalı hadisələrinin üstünü açdı və aydın şəkildə Xocalı sakinlərinin özünükülər tərəfindən qəsdən ölməyə buraxıldığını işarə etmişdir.
"Xocalı hadisəsinə 4 gün qalmış – fevralın 22-də prezident, baş nazir, «KQB»nin sədri və digərlərinin iştirakı ilə Təhlükəsizlik Şurası adlanan qurumun iclası oldu. İndiyə qədər heç kim anlamayıb ki, Xocalı hadisəsinə səbəb olan əsas səhv harada buraxılıb. Həmin iclasda qərara gəldilər ki, əgər Xocalıdan camaat çıxarılsa, ermənilər bunu oraya girmək üçün əsas kimi qəbul edəcəklər. Yəni biz özümüz onları Xocalıya girməyə təhrik etmiş olacağıq. Hətta Təhlükəsizlik Şurasının üzvləri də inanmırdılar ki, ermənilər sonradan genosidə çevrilən belə bir işə gedərlər. Onlar düşünürdülər ki, xalq ordan getsə Xocalını özümüz təslim etmiş olacağıq. Bu siyasi uzaqgörənliyin olmaması, situasiyanı bilməmək Xocalı hadisəsinə gətirib çıxırdı ki, mənim də tribunadan dediyim bu idi. Stenoqrama var, yoxlamaq olar. Ancaq xalq istədiyini eşitdi."
Azərbaycan təbliğatının fəalı Rizvan Hüseynov xocalı.net saytının yaradıcıları Fətəliyevin müsahibəsini təhrif etməyə taqsırlandırdı amma bunu çox qəribə şəkildə etdi – azərbaycanca-rusca lüğətdə nəzərə tutulmuş və Fətəliyevin dediklərinin mahiyyətini dəyişdirməyən sinonimlərə müraciət etdi.
Hüseynovun "ittihamından" bir parça.
"Fətəliyev müsahibəsinin erməni izahında belə deyilir. " Xocalı hadisəsinə 4 gün qalmış – fevralın 22-də prezident, baş nazir, «KQB»nin sədri və digərlərinin iştirakı ilə Təhlükəsizlik Şurası adlanan qurumun iclası oldu. İndiyə qədər heç kim anlamayıb ki, Xocalı hadisəsinə səbəb olan əsas səhv harada buraxılıb. Həmin iclasda qərara gəldilər ki, əgər Xocalıdan camaat çıxarılsa, ermənilər bunu oraya girmək üçün əsas kimi qəbul edəcəklər. Yəni biz özümüz onları Xocalıya girməyə təhrik etmiş olacağıq. Hətta Təhlükəsizlik Şurasının üzvləri də inanmırdılar ki, ermənilər sonradan genosid kimi belə bir işə gedərlər".
Amma əgər Fətəliyevin müsahibəsi orijinalda oxuyaq, aydın olar ki, sonuncu cümlədə o deyir. "Hətta Təhlükəsizlik Şurasının üzvləri də inanmırdılar ki, ermənilər sonradan genosidə çevrilən belə bir işə gedərlər (Xocalı zəbti – R.H.)".
Lakin necə "bilik" və "inam" sözlərinin fərqi Milli təhlükəsizlik müzakirəsində insanları çıxartmamağa və atəş nəticəsində həlak olmağa buraxmağa qərarı ləğv edir, Rizvan Hüseynov qəsdən susdu. Azərbaycanca-rusca lüğət də bunun haqqında heç nə tap deyə bilmir.
Orijinalda şübhəli fraza belədir. "ermənilər sonradan genosidə çevrilən bir işə gedərlər".
Lüğətə baxaq və bu sözün mənasını görək 1) Başqa hala salınmaq 2) Başqa şəklə salınmaq 3) Döndərilmək 4) Tərcümə edilmək. Deməli mətndə belə fraza var. "bir işə (hərəkət), sonra variantlar – çevrilmiş, başqa şəklə salınmış, belə bir hala çevrilmiş".
Fətəliyev bu müsahibədə Xocalı hadisələrinin Azərbaycan xalq cəbhəsi və prezident Mütəllibov arasında hakimiyyət uğrunda gedən mübarizə və siyasi bəsirətsizliyi (müsahibədə eynən siyasi uzaqgörənliyi olmaması deyilir) nəticəsi olduğunu dəfələrlə vurğulayır. Məhz bu fikrə "Heç kim inanmadı", "Genosid kimi belə bir iş" ya da "genosidə çevrilən iş" frazaları əsaslanıb. Bu heç də əsas fikir ya mahiyyət deyil.
Mühüm faktdır ki, Azərbaycan hakimiyyəti inanıb-inanmadığına baxmayaraq insanlar özbaşına buraxılıb və sağ sipər kimi istifadə edilib - silahlı bölmələr qəsəbəni tərk edəndə qadınlar və uşaqlarla müdafiə edirdi. Və bu qərar Fətəliyevin müsahibəsində əsas fikirdir. Rizvan Hüseynov da bunu dərk edir, amma guya tərcümədə səhvlərə göstərərək fikrini yayındırmaq istəyir.
Amma Ramiz Fətəliyevə qayıdaq. 4 il keçəndən sonra öz məktubunda o araşdırmada öz əlaqəsini göstərir, amma bu araşdırmanın neçə axıra çatdığı, neyə görə 1994 ildə komitənin fəaliyyəti dayandırıldığı və nəticələrin məxfiləşdirdiyi haqda bir söz demir.
"Amma artıq indidən demək olar ki, Xocalı hadisəsi laqeydlik, kadrların düzgün seçilməməsi və siyasi uzaqgörənliyin olmaması ucbatından baş verib. Ancaq xüsusi olaraq, hansısa siyasi məqsədlər naminə, məhz kresloda qalmaq üçün Xocalını verməyiblər", Fətəliyev deyir. Amma harada və hansı şəraitdə meyitlərin tapıldığı və 4 gün sonra onlarla nə olduğu haqda Fətəliyev danışmır. Bununla belə maraqlıdır ki, Fətəliyev başı ilə cavab verməyə hazır olduğunu vurğulayaraq 613 həlak olmuş insanlar haqqında "rəsmi" rəqəmini deyir.
Fətəliyev şəxsən adların siyahısını düzəltmə işlərində iştirak edib-etməməsi bizə məlum deyil. Amma faktdır ki, keçən 20 il ərzində düzəltmiş və dərc edilmiş heç bir rəsmi siyahıda 613 familiya yoxdur. Hətta ən uzun "rəsmi" siyahıda 531 familiya vardır. Yeri gəlmişkən o siyahıda "Xəbərsiz itkin düşmüş insanlar", öləndən sonra Heydər Əliyev tərəfindən mükafatlandırılmış silahlı döyüşçülər və dinc sakinlər var. Hətta deyə bilərik ki, bu 531 familiyadan tək 80 familiya eyniləşdirmək mümkün oldu. Bunlar Xocalıda anadan olmuş və pasport almış insanlar idi. Qalan 451 insan kimdir, cənab Fətəliyev? Siz 1992 ilin 26 fevralın gecəsində həlak olmuş insanların siyahısına bu qızın necə düşdüyünü izah edə bilirsiniz?
Mövzu ilə bağlı digər materiallar:
Siyasi uzaqgörənliyin olmaması Xocalı hadisəsinə gətirib çıxırdı
Azərbaycan tərəfinin şəhadətləri
Xocalı haqqında həqiqəti söylədiyi üçün Azərbaycandan sürgün edilib
Hakimiyyətin sərəncama görə Xocalının ermənilər tərəfindən tutmadığını bildirməli idi
Ç. Mustafayev – qəhrəman, yoxsa saxtakarlıqla məşğul olan adam?