Հայերեն
English
Azəricə
Deutsch
Русский
Français


SOSIAL ŞƏBƏKƏLƏR

facebook twitter youtube



PARTNYORLAR

The Armenian Genocide Museum

Open Armenia


OLD VERSION xocali.net



Eynulla Fətullayev

Eynulla Fətullayev - азербайджанский журналист, отбывающий наказание по ложному обвинению

Eynulla Fətullayev 1976 ildə Bakıda anadan olmuş. Bakı sosial idarəetmə və siyasətşünaslıq institutunu və eyni zamanda Azərbaycan prezidenti yanında idarəetmə akademiyasının magistraturasını bitirmiş.
1993 ildən 1995 ilə qədər Azərbaycan ilk müstəqil gənc təşkilatı olan Azərbaycan Sosial-demokrat Gənclər Təşkilatını rəhbərlik edirdi. 1997 ildən 1999 ilə qədər Azərbaycan Respublikasının əmək və sosial müdafiə nazirinin müşaviri imiş.
1999 ilin yanvarında açıq hakimiyyətin ali eşelonundakı korrupsiyanı pislədi, dövlət vəzifəsindən istefaya verdi və hakim partiyadan çıxdı.
O vaxtlardan işlək publisist və jurnalist fəaliyyəti göstərir.
1999 ildə ANS telekanalında "Nəzər nöqtəsi" verilişini aparırdı. 2000 ildə Azərbaycan silah qüvvətlərinə əsgərliyə getmiş və 2001 ilin iyuluna qədər Dağlıq Qarabağın cəbhə xəttində olan Ağderi rayonundakı motopiyada diviziyasına komanda edirdi.
Demobilizasiyadan sonra jurnalist fəaliyyətinə qayıtdı və "Millətin səsi" əsas müxalifət qəzetinin redaksiyanın üzvü oldu. Lakin 2001 ilin sentyabrında Nizami rayonunun məhkəməsi Fətullayev barəsində cinayət işi açdı və jurnalist məcburən ölkədən mühacirət etdi. 
Avropa Şurası təzyiqi altında elan edilmiş prezidentin bağışlama aktından sonra Fətullayev ölkəyə qayıtdı və 2002 ildə Elmar Hüseynovla "Monitor" jurnalının fəaliyyətini bərpa etdi. Axır illərdə "Monitor" jurnalının baş redaktoru olan Elmar Hüseynovun qətlinə qədər jurnalın daimi müəlliflərinin biri olub.

2007 ilin 30 iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsi "Real Azərbaycan" və "Gündəlik Azərbaycan" müstəqil qəzetlərinin müəssisi və baş redaktoru olan Eynulla Fətullayevi günahkar bildi. Jurnalist Cinayət Kodeksinin üç maddəsi üzrə 8,5 illik həbsə məhkum edildi: 214.1 (terrorçuluq təhlükəsi), 213.2.2 (vergi ödəməkdən yayınma), 283.2.2 (millətlər arası düşmənçiliyinin qızışdırması). Jurnalistin vəkili İsaxan Aşurov dedi, ki Fətullayev ikinci dəfə öz məqalələrə görə məhkum edilir. Xarici səfirliklərə qarşı terrorçuluq təhlükəsi ittihamlara baxmayaraq səfirliklərin əməkdaşlarını məhkəmə iclasında istintaq etmədilər. Səfirliklərin istintaq edilmiş əməkdaşları isə terrorçuluq haqqında danışmadılar. Vəkilin sözlərinə görə cinayətin nə obyekti nə də subyekti yox. Cinayət işi 19 cilddən ibarətdir, ki onlardan 17 vergi ödəməkdən yayınma haqqındadır. Həbsdən qabaq Eynulla Fətullayevin vergi orqanlarla heç problemi yox idi. Vəkilin sözlərinə görə jurnalisti onun fikirlərə görə qanunsuz olaraq cəzalandırıblar. Terrorçuluq təhlükəsi və millətlər arası düşmənçiliyinin qızışdırması ittihamları "Real Azərbaycan" qəzetində Fətullayevin məqaləsinə bağlıdır. Bu məqalədə Fətullayev deyir, ki Bakının İran üzrə Amerikanın nəzərini müdafiə etməsi İran tərəfindən Azərbaycana hücum üçün səbəb ola bilər və İranın ehtimal olan hədəflərini müzakirə edir. Beynəlxalq cəmiyyəti bu ittihamları boş adlandırır.

 

Tatyana Chaladze Xocalı faciəsi haqqında böhtan atmaq üçün Eynulla Fətullayevi məhkəməyə verdi

02 fevral 2007 [05:49]

Qarabağ müharibəsinin veteranı, Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi Mərkəzinin sədri, məşhur jurnalist Tatyana Chaladze "Gündəlik Azərbaycan" və "Real Azərbaycan" qəzetlərinin müəssisi və baş redaktoru Eynulla Fətullayevi şərəf və ləyaqətin müdafiəsi tələbi ilə Yasamalı rayonun məhkəməsində məhkəməyə verdi.

Jurnalistin sözlərinə görə onun tələbi Xocalı soy qırğının haqqında internetdə yayılmış Fətullayevin müsahibəsinə bağlıdır. "Fətullayev dedi, ki Xocalı soy qırğını azərbaycanlılar törətmiş meyitləri isə eybəcərləşdirmiş.

O guya keçmiş prezident Mütəllibovun, Xocalı icra hakimiyyətinin sədri Elman Məmədovun və Xocalı sakinlərinin sözlərinə əsaslanıb.

Mütəllibov 2004 ildə dedi, ki o Xocalı soy qırğını haqqında belə danışmayıb. E. Məmədov və Xocalı sakinlər isə dedilər, ki heç vaxt Fətullayev ilə görüşməyib. Bu bəyanatla Fətullayev yoxsulluğa məruz qalmış Xocalı sakinlərinin, qarabağlıların və azərbaycanlıların heysiyyətinə toxundu, onları təhqir etdi.

Xülyalara əsaslanaraq erməni mətbuatı Azərbaycan qarşı təbliğatı daha gücləndirir və həqiqəti təhrif edərək dünya cəmiyyətini aldadır. Bu Ermənistan-Azərbaycan münaqişəsini həll etməyə yönəldilən cəhdlər üçün zərərlidir".

Çaladze məhkəmədən Fətullayevin Xocalı sakinləri ilə görüşmə audio ya video qeydlərinin göstərməsi məcbur etməsi və buna görə onun təkzibi qətnaməsinin qəbul etməsini tələb etdi.
Fətullayevin sözlərinə görə o Xocalı faciəsi haqqında öz fikirləri iki il qabaq "Qarabağ gündəliyi" kitabında yazdı.
Eyni zamanda Fətullayev dedi, ki Çaladzenin onu məhkəməyə verməsi haqqında xəbəri yoxdur.

Amnesty İnternational beynəlxalq təşkilatının mükafatını məhkum edilmiş azərbaycanlı jurnalistə verildi

Amnesty İnternational beynəlxalq hüquqlar müdafiə təşkilatının hörmətli mükafatını həbsxanada olan azərbaycanlı jurnalist Eynulla Fətullayevə verildi. Mükafatı Fətullayevin atası aldı. Verilmə mərasimində hüquq müdafiəçilər Azərbaycan hakimiyyətini 2007 ildə 30 aylıq həbs cəzasına məhkum edilmiş azərbaycanlı jurnalisti azada buraxmağa çağırdılar. Fətullayev və onu tərəfdarları bu ittihamın siyasi olduğunu sayırlar. Eynulla Fətullayev "Real Azərbaycan" qəzeti təsis etdi. Bu qəzet hakimiyyəti tənqid etməyə görə tanınmış oldu. Jurnalistin həbsindən sonra qəzet bağlandı.

Fətullayevin Azərbaycana qarşı şikayətinin müzakirə edilməsini 22 aprelə teyin edildi

Bakililar.az agentliyin verdiyi məlumata görə Avropa insan hüquqları məhkəməsi Azərbaycana qarşı "Gündəlik Azərbaycan" və "Real Azərbaycan" qəzetlərinin məhkum edilmiş müəssisi və baş redaktoru Eynulla Fətullayevin şikayətini müzakirəyə qoyacaq. Məsələnin müzakirəyə qoymasını 22 aprelə təyin edildi. Bunu Avropa insan hüquqları məhkəməsində deyirlər. Eynulla Fətullayev 8,5 illik həbsə məhkum edildi. Keçən ilin sonunda Fətullayevdə 0.223 qram heroin tapdılar. Buna görə Qaradağ rayonunun məhkəməsi cinayət kodeksinin 234.1 maddəsi üzrə (narkotik və psixotrop maddələrin qeyri-qanuni istehsal etməsi, eldə etməsi, daşınması və satması) cinayət işi açıb. Fətullayev ifadə azadlığı, ədalətli məhkəmə hüququ maddələri üzrə bir şikayət verib.

 

Avropa insan hüquqları məhkəməsi Azərbaycan hakimiyyətindən jurnalist Fətullayevin azat etməsini tələb etdi

Avropa insan hüquqları məhkəməsi dünən – 21 apreldə "Real Azərbaycan" baş redaktorunun şikayəti üzrə öz qərarı elan etdi və jurnalisti məhkum edən Azərbaycan məhkəməsinin qərarını tanıdı. Azərbaycan hakimiyyəti bu qərarı Strasburq məhkəməsinin yuxarı palatasında etiraz etmək istəyir.

"Məhkəmə Fətullayevin təcili azad etməsini və Azərbaycan hakimiyyəti tərəfindən ona 25 min evro kompensasiya olaraq verməsini tələb etdi", - "Qafqaz düyünü" müxbiri ilə müsahibədə Strasburq məhkəməsinin qərarını izah edəndə jurnalistin advokatı İsaxan Aşurov ilan etdi.

Aşurov sözlərinə görə Avropa insan hüquqları məhkəməsi Azərbaycan məhkəməsi tərəfindən Avropa insan hüquqları konvensiyası ədalətli məhkəmə təhqiqatı və söz azadlığı haqqında 10 və 6 maddələrinin pozulmasını qəbul etdi. Advokat bu qərarının təcili icra edilməsi və Fətullayevin azad buraxılması üçün Ali məhkəməyə müraciət etmək istəyir.

"Fətullayev istintaqı kobud prosessual normalarla keçirilirdi, məhkəmələr isə onun çoxsaylı şikayətləri nəzərə almayaraq qanunlar pozurdu. Strasburq məhkəməsi bu faktlara və jurnalistin hüquqlarının pozulmasına hüquq qiyməti verdi", - Aşurov dedi.

Jurnalistin başqa advokatı Elçin Sadıqov dedi, ki Azərbaycan hakimiyyəti üç ay müddətində Avropa insan hüquqları məhkəməsinə apelyasiya verilməsə, Azərbaycan Ali məhkəməsinin plenumu Strasburq məhkəməsinin qərarını müzakirəyə qoymalı və icra etmək üçün Bakı apelyasiya məhkəməsinə göndərməli.

Sadıqov sözlərinə görə o zamana qədər Fətullayevə qarşı qanunsuz olaraq narkotik saxlaması üzrə yeni ittiham qərarı alınsa, Bakı apelyasiya məhkəməsi bu iki işi birləşdirməli və birlikdə müzakirəyə qoymalı.

Avropa insan hüquqları məhkəməsində Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov fikrincə isə Strasburq məhkəməsi Fətullayevin təcili azad buraxılması haqqında qərar alaraq öz səlahiyyətindən kənara çıxdı.

"Ümumiyyətlə Avropa ölkələrində qəbul edilmiş praktikaya görə Avropa məhkəməsinin qərarları dövlət daxilindəki məhkəmələri tərəfindən konvensiya normaları olaraq sayılır. Bir sözlə belə vəziyyət, ki Avropa məhkəməsi müəyyən qərarlar almaq üçün bu və ya başqa ölkələrin məhkəmələrinə göstərişlər verir, əsassız və qəbuledilmezdir", - "Trend" agentliyi Əsgərovdan sitat gətirir.

Xatırladaq ki üç ay müddətində işləri yuxarı palataya göndərmə ərizəsi verilməsə Avropa məhkəməsinin qərarı qüvvəyə minir. Əsgərov dedi, ki Azərbaycan hakimiyyəti ərizə vermək istəyir.

Azərbaycan Ali məhkəməsinin cinayət işlər üzrə hakimlər kollegiyası üzvü Müzəffər Ağazadə də hesab edir ki, Strasburq məhkəməsi Fətullayevin azada buraxılması haqqında qərar almamalı idi. "Azərbaycan qanunvericiliyinə gorə cinayət işlərin istintaqı əslində milli məhkəmələr tərəfindən keçirilir. Avropa məhkəməsi isə yalnız bu və ya başqa hüquqların pozulması haqqında qərarlar alır", - Ağazadə dedi.

Onun sözlərinə görə Fətullayevin azada buraxılması haqqında qərarlar Azərbaycanda alınmalı. Lakin əgər üç ay müddətində Azərbaycan hakimiyyəti Strasburq məhkəməsinin yuxarı palataya apelyasiya verilməsə, Ali məhkəmə bu məsələni müzakirə edə bilər.

Xatırladaq ki Fətullayev Yasamalı rayonunun məhkəməsi tərəfindən Xocalı faciəsi haqqında böhtan atmaq üzrə 2007 ilin 20 aprelində 2,5 illik həbsə məhkum edildi. Sonra Fətullayevə qarşı cinayət kodeksinin 214.1 (terrorizm təhlükəsi), 283.2.2 (xidmət mövqeyindən istifadə edəndə milli, irqi və dini düşmənçiliyinin qızışdırması), 213.2.2 (vergi ödəməkdən yayınma) maddələri üzrə yeni cinayət işi açılıb. 2007 ilin 30 oktyabrında Fətullayevi bu üç maddələr üzrə müqəssir tanıdılar və 8,5 illik həbsə məhkum etdilər.

"Qafqaz düyünü" artıq deyib, ki jurnalist Fətullayevə qarşı 2009 ilin 31 dekabrında 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) maddə üzrə cinayət işi açılıb.  Məhkəmə kimyəvi-bioloji ekspertizası nəticəsində Fətullayevin qanında və sidikdə heroin (diasetil-morfin və amfetamin) tapdılar. Fətullayev narkotik istifadə etmə ittihamları qəti şəkildə təkzib edir, advokat Aşurov isə deyir, ki jurnalistin qanı və sidiyi ekspertizasının etimadı yoxdur.

İstintaq materiallarına görə 2009 ilin 29 dekabrında Eynulla Fətullayevin saxladığı 12 saylı koloniyada yoxlama keçirildi, ki onun nəticəsində Fətullayevin geyimində və ayaqqabısında 0,22 qram heroin tapıldı. Ona Azərbaycan cinayət kodeksi 234.1 (qanunsuz olaraq narkotik  saxlaması) maddəsi üzrə yeni ittiham irəli sürüldü və 2 aylıq həbs tədbiri seçildi.

Bundan qabaq "Qafqaz düyünü" müxbiri sözlərinə görə həbsxanada olan "Real Azərbaycan" qəzetinin müəssisi və baş redaktoru Eynulla Fətullayev onun həyatının təhlükə altında olduğunu bildirdi. O bunun haqqında həbs cəzası sisteminin rəhbərliyinə, Amnesty İnternational,  "sərhədsiz müxbirlər" hüquq mühafizə təşkilatlarına və jurnalistlərin müdafiə Komitəsinə öz müraciətdə yazdı.

Azərbaycan həbs cəzası sisteminin rəsmi nümayəndəsi  Mehman Sadıqov dedi, Fətullayevin həbsdə onun öldürülməsi mümkünlüyü haqqında iddialar əsassızdır.

Redaksiya qeydləri – bax. "Ümumdünya qəzet birliyi rəhbəri Azərbaycan həbsxanalarından jurnalistləri azada buraxmağa çağırdı", "Azərbaycan mediası nümayəndələri Butserius mükafatının laureatı oldu", "Avropa birliyi Azərbaycan hakimiyyəti jurnalistlərə təzyiq etməməyə çağırdı", "Azərbaycanda "Nota" qəzetinin baş redaktoru azada buraxıldı".

"Qafqaz düyünü"

 

Azərbaycan Avropa insan hüquqları məhkəməsi qərarından narazıdır

Nə qədər ki Azərbaycan Avropa məhkəməsinin yurisdiksiyası altındadır, bütün qərarlarının həyata keçirilməsi vacibdir. Bunu Eynulla Fətullayevi azada buraxılma Avropa insan hüquqları məhkəməsinin qərarını izah edəndə Azərbaycan Ali məhkəməsinin cinayət işlər üzrə hakimlər kollegiyası üzvü Müzəffər Ağazadə dedi.

Fətullayev advokatı Elçin Sadıqov isə hesab edir, ki Ali məhkəmənin plenumu üç ay ərzində Strasburq məhkəməsinin qərarını müzakirə etməli və həyata keçirmək üçün Bakı apelyasiya məhkəməsinə göndərməli. Eyni zamanda Sadıqov dedi, ki əgər Azərbaycan Avropa insan hüquqları məhkəməsinin yuxarı palataya apelyasiya versə, Strasburq məhkəməsi qərarının həyata keçirilməsi dayana bilər.

Azərbaycan hakimiyyətin mənbələri Avropa insan hüquqları məhkəməsini qərarından rəsmi Bakının narazı olduğunu dedi və jurnalisti təcili azada buraxılma tələbi Strasburq məhkəməsinin öz səlahiyyətindən kənara çıxması olaraq sayır. Azərbaycan hakimiyyəti bu qərarına qarşı şikayət vermək istəyir. Lakin advokat Fuad Ağayev sözlərinə görə bu faydasız bir təşəbbüsdür. Məhkəmə hökmünə görə Fətullayevi azada buraxılma tələbi xüsusidir, və ərizəçinin hüquqlarının pozulmasının qabağını almaq üçün təxirəsalınmaz zərurətdir. Beləliklə məhkəmə hesab edir ki Fətullayev təxirsiz olaraq azada buraxılmalı. Bunun üçün Ağayev sözlərinə görə Ali məhkəmənin plenumu Fətullayevin işini yenidən müzakirə etməli, yerli məhkəmələrin hökmlərini və ona qarşı cinayət işi ləğv etməli. "Bunun üçün çox vaxt lazım deyil", - Ağayev dedi.

Ona görə yuxarı palata Azərbaycan hakimiyyətin şikayətini müzakirə etməyə bilər, etsə də, mütləq yerinə yetirməz.

Xatırladaq ki Avropa insan hüquqlar məhkəməsi Azərbaycanda məhkum edilmiş jurnalist Eynulla Fətullayev apelyasiya üzrə öz qərarı elan etdi. Strasburq məhkəməsi jurnalisti 8,5 illik həbsə məhkum etmiş Azərbaycan məhkəmələrinin hökmünü qanunsuz olaraq tanıdı. "Məhkəmə onun təxirsiz azada buraxılmasını və Azərbaycan hakimiyyəti tərəfindən kompensasiya olaraq 25 min evro ona verməni tələb etdi", - AİHM bildirir. Məhkəmə Azərbaycan çəhkəmələri tərəfindən Avropa insan hüquqları konvensiyası 10 və 6 maddələrinin pozulmasını bildirdi.

 

Mövzu ilə bağlı digər materiallar:

Eynulla Fətullayevin müsahibəsi

Xocali.net saytı Open.Armenia forumunun üzvləri ilə əməkdaşlıqla
"Ksenofobiya qabağı alınma təşəbbüsü" tərəfindən yaradılmışdı.
Rambler's Top100 Goon Каталог сайтов
2010-2015 © Copyright     E-mail: [email protected]