Հայերեն
English
Azəricə
Deutsch
Русский
Français


SOSIAL ŞƏBƏKƏLƏR

facebook twitter youtube



PARTNYORLAR

The Armenian Genocide Museum

Open Armenia


OLD VERSION xocali.net



Mendel Krsunskiy: Yaddınızda qalsın ki, neft bir gün bitəcək, həqiqət isə - heç vaxt

Мендель Корсунский

İsrail parlamentinin hörmətli üzvləri, sizə səssizlik üçün nə qədər pul verilib. Yaddınızda qalsın ki, neft bir gün bitəcək, həqiqət isə - heç vaxt.

Azərbaycan-İsrail beynəlxalq cəmiyyətı hər il öz xalqının faciəsini siyasi oyuncağa çevirən nümayişlər təşkil edir. Söz 1992 ilin 25-26 fevralında Qarabağ müharibəsi zamanında Artsaxda baş vermiş Xocalı faciəsi haqqında gedir.

Keçən ildə mən bu dəhşətli faciə haqqında məqalə yazmışam. İki xalqlar üçün bu çətin məsələ haqqında danışmaqdan qabaq mən iki tərəfdə, habelə neytral ölkələrdə çap edilmiş materiallarla tanış oldum. Bu materiallardan biri Britaniyalı jurnalistlər tərəfindən çəkilmiş " Khojalu: between hunger and fire " filmidir.

Bu məqalədə faktlar və səbəblər var ki, erməni tərəfinin Xocalı faciəsi məsuliyyətini daşıya bilmədiyini sübut edir.
Müharibə zamanında Azərbaycan tərəfində olan rus müxbir Vadim Belıx ermənilərin Xocalı əməliyyatından bir ay qabaq xəbərdarlıq etdiklərini vurğulayıb. Amma Azərbaycan tərəfi dinc sakinləri şəhərdən çıxartmağa heç bir tədbir görmədi. Hücumdan bir neçə gün qabaq erməni tərəfi radio ilə hücum haqqında xəbərdarlıq edirdi və dinc əhalini çıxartmağa xahiş etdi.

Azərbaycan hakimiyyəti əsasən mesxetli türklərdən ibarət olan və dəfələrlə öz neytral mövqeyini vürğulayan yerli əhalini güclə saxlayırdı. Nəticədə onlar erməni tərəfində sığınacaq tapdılar. Azİz tərəfindən heç bir reaksiya gəlmədi. Nə təkzib, nə də bir qəzet elanı.
Artıq çoxdan məlum və aydındır ki, Azərbaycan təbliğatı neft və silah sazişləri, habelə dar geosiyasi maraqlarına əsaslanaraq işləyir. Həqiqət arxa plana keçdi, çünki  birinci növbədə əxlaq dəyərlərinə hörmət qoyan insanlar da arxa plandadır.

Bu vəziyyət azərbaycanlılara yalan və aldatmalara həsr edilmiş tədbirdə İsrail parlamentinin bir neçə üzvlərinin iştirakına nail olmağa kömək etdi. Bu faktla biz İsrail vətəndaşlarına artıq çox illər erməni soy qırımını təkzib edən, amma Azərbaycan Daqlıq Qarabağ münaqişəsində ermənilərə yalan ittihamlar iləri sürən Azərbaycan tərəfinin tədbirlərində məmnuniyyətlə iştirak edən bizim hakimiyyətimizin əxlaq dəyərləri haqqında fikirləşmək məcburiyyətində qalırıq.

Azərbaycanın hörmətli xalqı! Mən dəfələrlə sizə hakimiyyətinizin qonşunuza düşmənlik hissləri qızışdıran rəsmi təbliğatına inanmamağa çağırmışam. Tarix dəfələrlə hakimiyyətin və milllətin başqa millətlərə nifrətə görə özləri bunun qurbanı olduqlarını sübut edib.

Mənim ciblərimizdən əməkhaqqı alan bizim hörmətli siyasətçilərə sualım var. " İsrail parlamentinin hörmətli üzvləri, sizə səssizlik üçün nə qədər pul verilib. Yaddınızda qalsın ki, neft bir gün bitəcək, həqiqət isə - heç vaxt".

Mendel Krsunskiy – «Noyan Tapan» erməni mədəniyyət və təhsil mərkəzi press-attaşesi, İsrail.

ŞƏRHLƏR

 Загрузка...
Xocali.net saytı Open.Armenia forumunun üzvləri ilə əməkdaşlıqla
"Ksenofobiya qabağı alınma təşəbbüsü" tərəfindən yaradılmışdı.
Rambler's Top100 Goon Каталог сайтов
2010-2015 © Copyright     E-mail: [email protected]