
Çingiz Mustafayev 1960 ilin 29 avqustunda anadan olmuş, Azərbaycan dövlət tibb universitetini bitirmiş.
Əvvəlcə Dəvəçi rayonunda həkim olaraq, sonra isə inşaat mühəndislərin institutunun sanatoriyasında baş həkim olaraq işləyib.
Mustafayev işdən başqa incəsənət, musiqi və jurnalist fəaliyyəti pərəstişkarı idi. Məhz Çingiz Bakıda “Disko” musiqi mərkəzini qurub, sonra “Ozan” folklor qrupunda və “Ekspromt” gənclər studiyasında iştirak edib.
Lakin reportyor fəaliyyətinə və jurnalist araşdırmasına həvəsi daha güclü oldu. 1991 ilin oktyabrında Çingiz Azərbaycan televiziyasına tamamilə yeni nəfəs verən “215KL” studiyanı qurdu, o isə öz “215KL göstərir”, “heç kəs unudulmuş olmaz” və “üz üzə” proqramları ilə tamaşaçıların istəklisi oldu.
Müxbirin talantını ölkənin ictimaiyyəti ilk dəfə 1990 ildəki yanvar qanlı hadisələri zamanında çəkmiş video-süjetlərdə gördü. Ç. Mustafayev sovet birliyinin tanınmış adamlardan müsahibə alıb – Mixayil Gorbaçov, Boris Yeltsin, Nursultan Nazarbayev, Ayaz Mütəllibov, Raisa Gorbaçova, Qalina Staravoytova və başqalar.