Հայերեն
English
Azəricə
Deutsch
Русский
Français


SOSIAL ŞƏBƏKƏLƏR

facebook twitter youtube



PARTNYORLAR

The Armenian Genocide Museum

Open Armenia


OLD VERSION xocali.net



Ayaz Mütəllibov

Аяз Муталивоб - первый президент Азербайджанской республики

Müstəqillikdən sonra Azərbaycan respublikasının birinci prezidenti.

1990 ildən 1992 ilə qədər. Bu müddətdə Azərbaycan ermənilərlə məskun edilmiş Dağlıq Qarabağa müharibə elan etdi. Bundan qabaq burada planauyğun erməni qarşı siyasət aparılırdı, ki bunun nəticəsində Dağlıq Qarabağ Azərbaycan tərəfindən itirildi və ermənilərin kontrolu altına keçdi.

Mütəllibov 1938 ilin 12 mayında Bakıda həkim ailəsində anadan olmuş. Atası - Niyazi Əşrəf oğlu Mütəllibov tibbi elmlər doktoru və Böyük Vətən müharibəsinin iştirakçı imiş. Anası -Kübra Qəni qızı Mütəllibova bütün həyatında doğum evində işləyən həkim – ginekoloq imiş. 1988 ildə dünyasını dəyişdi.

1956 ildə Ayaz Mütəllibov Bakı 189 orta məktəbini bitirdi. Məktəb illərində caz musiqisi sevirdi, buna görə stilyaqa və qərbi mədəniyyətinin təqlidçisi kimi divar qəzetisində tənqidə məruz qalırdı. Məktəb yığma komandasında şəhər voleybol yarışlarında iştirak edirdi.

1956-62 illərdə Əzizbekov adına neftekimya institutunda oxuyurdu.
1959 ildə Mütəllibov Bakı məişətdə işlənən elektrik cihazları zavodunda işləmək başlayır. Burada Mütəllibov 15 il işlədi və bütün xidmət pillələrini keçdi – quraşdırma sexi ustasından zavod direktoruna. 1974 ildə o “Bakıelektrobitmaş” istehsal təşkilatı baş direktoru oldu.
1977 ildə Ayaz Mütəllibov Azərbaycan Kommunist Partiyasının Nərimanov raykomunun ikinci katibi seçildi.
1979 ildə Mütəllibov Azərbaycan yerli sənayesi naziri təyin edildi.
1982 ildə Dövlət Plan Komitəsinin sədri və eyni zamanda Azərbaycan nazirlər şurasının sədri müavini oldu. Bu vəzifədə Mütəllibov 1989 ilin yanvarına qədər işlədi.
1989 ilin yanvarından Mütəllibov Azərbaycan nazirlər şurasının sədri oldu.
1990 ilin 24 yanvarında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi oldu. Bununla belə Mütəllibov təşəbbüsü ilə seçkilər alternativ olaraq keçirilir.
1990 ilin mayında Azərbaycan Ali Soveti Mütəllibovu respublikanın prezidenti seçdi.
1991 ilin sentyabrında Ayaz Mütəllibov öz səlahiyyətləri dayandırdı və müstəqim və alternativ prezident seçkiləri elan etdi. O sayırdı, ki yalnız bu cür öz legitimlik təsdiq ediləcək. Səslərin böyük əksəriyyəti ilə Azərbaycan xalqı Ayaz Mütəllibovu öz birinci prezident seçdi.

Seçkilərdən sonra Azərbaycan Kommunist Partiyasının axırıncı qurultayı çağırıldı. Qurultay zamanında Mütəllibov Sovet Kommunist Partiyasından çıxdı, Azərbaycan Kommunist Partiyası isə özü ləğv etməyə qərar verdi.
1992 ilin 25 fevralında müxalifət respublika Ali Şurasının növbədən xaric sessiya keçirməyə israr etdi. Bu sessiya vaxtında müxalifət prezident istefasının tələbini irəli sürdü və Dağlıq Qarabağdakı vəziyyətin gərginləşməsi günahını prezidentə qoydu. İki gün müddətində deputatlar silahlı müxalifət tərəfindən girovda saxlandı. Qaçılmaz qan tökməyə yol verməmək üçün Mütəllibov istefa verməyə məcbur oldu.

Eyni ilin 14 mayında respublika Ali Şurası Dağlıq Qarabağdakı hadisələrin araşdırması üzrə parlament komissiyasının hesabatları dinləyəndə Ayaz Mütəllibovu əsas günahkar saymadı və onu prezident vəzifəsinə qaytardı. Ertəsi gün Xalq Cəbhəsi üzvləri kütləvi şuluqluqlar yaratdı. Bunların nəticəsində Mütəllibov ölkəni tərk etməyə və uzun illər siyasi mühaciri olmağa məcbur oldu.

O vaxtdan Moskvada yaşayır. Ədəbi-jurnalist fəaliyyəti ilə məşğuldur (Qarabağ – çorniy sad kitabı və bir neçə məqalələr). Bundan başqa “Azərbaycan tərəqqisi üçün” regional ictimai və mədəni-maarif mərkəzini rəhbərlik edir. 1999 ilin 4 sentyabrında Mütəllibov təşəbbüsü ilə tikilmiş Moskvada hələlik tək azərbaycanlı məscidinin təntənəli açılışı baş tutdu.
Evlidir, iki uşağı və iki nəvəsi var.

Hobbi – oxuma, musiqi. 45 yaşına qədər fəaliyyətlə sportla məşğul olub, sevimli sportu voleybol imiş. Tələbəlik illərində qılıncbazlıqla məşğul olub.

Mövzu ilə bağlı digər materiallar:

Xocalı haqqında həqiqəti söylədiyi üçün Azərbaycandan sürgün edilib

Xocali.net saytı Open.Armenia forumunun üzvləri ilə əməkdaşlıqla
"Ksenofobiya qabağı alınma təşəbbüsü" tərəfindən yaradılmışdı.
Rambler's Top100 Goon Каталог сайтов
2010-2015 © Copyright     E-mail: [email protected]