Հայերեն
English
Azəricə
Deutsch
Русский
Français


SOSIAL ŞƏBƏKƏLƏR

facebook twitter youtube



PARTNYORLAR

The Armenian Genocide Museum

Open Armenia


OLD VERSION xocali.net



Mehriban Bəkirova V. İvlevanın reportajının qəhrəmanıdır

Справедливость ходжалы, отрезанные уши

Azərbaycan keçmişə aid anlamaya və faktların verilməsi yeni proqram çərçivəsində xronikaya, şahidlər olduğuna və məntiqə baxmayaraq 1992 ilin Ağdam hadisələrinə bağlı hətta ən aydın məlumatları təhrif etməyə davam edir.

Azərbaycana qayıtdıqdan sonra "əsirlikdə işgəncəyə məruz qalan" Güləli Binəliyev, kəsilmiş qulaqları yenidən yetişən Pənah Məhərrəmov, və 6 yaşında olan Elmar Naib oğlu Əhmədovun arvadından sonra Mehriban Bəkirovanın növbəti də gəldi.

Mehriban Bəkirova Ferqanadan olan qaçqın və Viktoriya İvlevanın reportajının qəhrəmanıdır  (Ferqanadan olan qaçqın Mehriban Bəkirova Viktoriya İvlevanın reportajının qəhrəmanıdır) (http://xocali.net/az/p11.html). Onunla baş verən hadisələr bütün təfərrüatlarla araşdırıldı, və birdən 23 il keçəndən sonra o "əsirliyin" təfərrüatları "xatırlamaya" başladı. Azərbaycan "vesti.az" saytında "rus jurnalist Viktoriya İvliyevanın obyektivinə düşməyən hadisəni" dərc edilib.

Demək lazım ki, Viktoriya İvlevanın bunu görmədiyini qəsdən deyilib, ona görə ki öz reportajının qəhrəmanına simpatiya və şəfqətlə yanaşdığına baxmayaraq, çətin ki o bu fikirlərlə razı olardı.

Bəkirovanın əfsanəsinin bəzi tezislərə toxunaq. O deyir ki, "onu döyürdülər", "süngü ilə gənc qızın sinələrini kəsdilər, və bunlar onun bədbəxt atasının sifətinə düşdülər", "bütün bədəni (Bəkirovanın) şişdi", "Viktoriya tez-tez yanıma gəlirdi və mənim necə olduğumu soruşurdu", "hamilənin qarnını kəsdilər, oraya pişik balası qoydular və tikdilər... sonra bunun haqqında məlumat yayıldı və qəzetlər də yazırdılar".

Viktoriya İvliyevaya görə Bəkirova və başqa mesxetli türklər iki gün əsirlikdə qaldılar, deməli nağılda 23 il qabaq yer alan hadisələr insanın bioqrafiyasının ancaq 48 saatı ərzində baş verib.

Bəkirova iddia edir ki, "Viktoriya tez-tez yanıma gəlirdi və mənim necə olduğumu soruşurdu", amma heç vaxt heç kəs ona "işgəncələrə", "döymələrə" və "bədənin hissələrinin kəsilməsinə" şikayət etməyib.

Bəkirovanın "öz gözləri ilə bunları gördüyünə" əsasən "işgəncələr" onların saxlandığı otağında baş verirdi, və bu otaq bütövlüklə qanla bol olmalı idi. İvliyeva isə bu otağa baş çəkmə zamanında qanın heç bir izi görməyib. Və xüsusən qızının sinələri sifətinə düşmüş dərdli atanı da görməyib. Belə dəhşətli faktların professional jurnalistin görməməsi məntiqli deyil. Bununla belə jurnalist nə qan, nə dərdli ata, nə də belə dəhşətin izlərini görmədi. Onun kadrlarında işgəncəyə məruz qalmış və əziyyət çəkmiş yox, dondurulmuş, yorğun və dilxor insanlar var.
Və çünki Azərbaycan tərəfi Viktoriya İvlevanın şahidliyinə o qədər inanır ki, 1992 ildən sonra iki dəfə ondan müsahibə aldı və Bakıya dəvət etdi, çətin ki o 23 il sonra meydana çıxmış "erməni əsirliyinin dəhşətlərinin" qəsdən üstündən keçəydi.

Amma faktdır ki, "əsirliyin" müxtəlif vaxtlarında çəkilmiş İvlevanın şəkillərində Bəkirovanın və başqaların üzündə fərq yox – o döymüş və işgəncəyə məruz qalmış insan kimi görünmür.

Ana bətnindən kəsilmiş dölünə gəlincə isə bu Azərbaycan təbliğatının yayılmış və kifayət qədər möhkəm mifidir və bu dəfə də "şahidin" ağzı ilə danışılır.

Birincisi heç bir Azərbaycan mənbəyində şübhəli olsa da amma dərc edilmiş qurbanların siyahısında birinin hamilə olduğunu göstərilmir. Şahidlər öz nağıllarında bir birinin adlarını deyir, biz isə Azərbaycan tərəfinin dərc etdiyi adları ilə müqayisə edirik. Adətən bunlar həlak olmuş insanların adlarıdır, lakin burada da uyğunsuzluq, təhrif və açıq aydın saxtalaşdırmalar var. Amma söz həddən artıq işgəncələrin qurbanları, qəsdən öldürmə haqqında gedəndə bu onlar "adsız gənclərə", "adsız hamilələrə", "gənc qızlara" ya da "dərdli atalara" çevrilir.

Və ikincisi "qəzetlər bunun haqqında yazırdısa" bunun hansı qəzetdə dərc etdiyi maraqlıdır.

Hər halda bizim könüllülərimizdən biri İvleva ilə əlaqəyə girə bildi və "Viktoriya xanım, siz bu məlumatları təsdiq edirsiniz?", - diyə soruşdu və "heç bir vəchlə təsdiq etmirəm, təkcə bədbəxt Mehribanı gördüyümü, onun uşağının qayğısına qaldığımı və ona bir az pul verdiyimi təsdiq edirəm. Mən artıq müəllifə yazmışam amma bu addımın faydasız olduğunu düşünürəm. Əfsus ki, sizin ölkələriniz təqribən 20 il ərzində sülhə yaxınlaşmağa kiçik bir addım olsa da atmayıb...".

Əfsus ki, yalana əsaslanan addımlar geriyə aparır.

Azərbaycan tərəfi Viktoriya İvlevanın bu sözlərinə inanmamağa heç bir səbəb olmadığı halda bu sözləri dilə gətirmək lazımdır. "Onları qoruyan əsgərlər türklərə insan kimi yanaşırdı".

 

geri
ardı

ŞƏRHLƏR

 Загрузка...
Xocali.net saytı Open.Armenia forumunun üzvləri ilə əməkdaşlıqla
"Ksenofobiya qabağı alınma təşəbbüsü" tərəfindən yaradılmışdı.
Rambler's Top100 Goon Каталог сайтов
2010-2015 © Copyright     E-mail: [email protected]