
Mən 26 fevralda çəkmələr üçün Stepanakertə gəldim. Bəlli oldu, ki hadisələr vaxtında. O gecə erməni dəstələri Xocalıya hücum edirdilər. Oradan Azərbaycan silah qüvvətləri Stepanakerti, ki orada Dağlıq Qarabağın yeganə aeroportu idi, atəşə tuturdular.
Mən həkimlərlə hücumçuların ikinci eşelonunda gedirdim. Xocalıya bir neçə kilometr qalırdı, ki birdən biz qabağımıza çıxan və qaranlıqda buluda oxşayan bir şey gördük. Biz gurultular, ermənicədə və azərbaycancada qışqırtılar və söyüşlər eşitdik. Məlum oldu, ki "bulud" yığın idi. Yarımgeyinmiş insanlar, çox uşaqlar...
"Bu axıska türklərdir, onları əsir etmişik", - onları nəzarət edən erməni əsgərləri dedi.
Türklər yığının sonunda üç uşaqla bir qadın gedirdi. Ayaqyalın, qar üstündə. O zorla addımlayırdı, tez-tez düşürdü. Bəlli oldu, ki onun uşaqlarının ən balacanın yaşı iki gün idi. İki gün!
Mən bu uşağı əlimdə aldım və türklərlə yola çıxdım. Həm mən, həm o qadın ağlayırdıq. Gecə, qarmaqarışıqlıq... Geyimimdə məni fərqləndirmək üçün xüsusi nişanlar olduğuna baxmayaraq, bir neçə dəfə mənə qundaqla vurdular və tələsdirəndə söydülər. Mən təhlükə qarşısında olmadığımı bilirdim, lakin o anda özümü əsir hiss etdim. Heç bir insanın bu vəziyyətdə olmasını istəmirəm.
Sabah Xocalıya çatdım. Qəsəbə yanırdı. Meyitlər xiyabanlarda. Özüm yedi ölənlər hesabladım. Onlardın biri milis forması ilə idi. Sonra biz avtomat atəşləri altına düşdük. Evlərdən birində gizlənən azəri OMON döyüşçüləri atırdılar.
Bu evin yanındakı döyüş axşama qədər davam etdi. Ermənilərdən iki nəfər həlak oldu, bir neçə nəfər isə yaralandı. OMON döyüşçülərlə nə oldu, həlak olub yoxsa qaranlıqda qaça bilərdilər, mən bilmirəm.
366 motopiyada polkunun əsgərlərini Xocalı hücumun vaxtında görməmişəm. Lakin zirehli texnikaya və hücumun önündə gedən artilleriya atəşlərinə öz gözlərimlə baxırdım.
İki gün sonra türkləri buraxdılar. Əsgəran rayonundakı cəbhəyə apardılar, yolu göstərdilər və "gedin, gedin" dedilər. Doğrudur, bütün əsirləri buraxmadılar, 10 kişi girovda saxladılar. Lakin ermənilərin sözlərinə görə onların xeyri çox azdır – bu insanları hətta bir kanistr benzinlə mübadilə etmək olmaz. Onlar heç kəsə lazım deyildi, heç kimin deyildilər. Onları nəzarət edən əsgərlər türklərlə insancasına rəftar edirdilər. Qarabağ müqavimətinin rəhbərlərinin biri Zhanna Qalstyan uşaqlar üçün mallar gətirdi. Bəlkə qarabağlı ermənilər axıska türklərin talesi onların vəziyyətinə oxşadığını hiss edirlər?
Əsir türklər o günlərdə Xocalıda mənim gördüyüm ən dəhşətli mənzərə idi. Onlar üç il qabaq Özbəkistandan qaçıb və Azərbaycan hakimiyyəti tərəfindən Dağlıq Qarabağdakı hərbi əməliyyat zonasına yaşamaq üçün göndərilib. Xocalı qaçqınları arasında 1944 ildə Gürcüstandan sürgünü şübhəsiz yadlarında saxlayan qoca arvadlar var idi. İndi onların üçüncü sürgünü vaxtı çatdı... sonuncumu?