Հայերեն
English
Azəricə
Deutsch
Русский
Français


SOSIAL ŞƏBƏKƏLƏR

facebook twitter youtube



PARTNYORLAR

The Armenian Genocide Museum

Open Armenia


OLD VERSION xocali.net



BMT-nin Təhlükəsizlik Şurasının

BMT-nin Təhlükəsizlik Şurasının

BMT-nin Təhlükəsizlik Şurasının
30 aprel 1993-cü il
822 saylı Qətnaməsi


Təhlükəsizlik Şurası, Təhlükəsizlik Şurasının sədrinin 29 yanvar 1993-cü və 6 aprel 1993-cü il tarixli Dağlıq Qarabağ haqqında olan bəyanatlarına istinad edərək; Baş Katibin 15 aprel 1993-cü il tarixli məruzəsini nəzərə alaraq; Azərbaycan Respublikası və Ermənistan Respublikası əlaqələrinin pozulmasına görə öz ciddi narahatlığını bildirərək; hərbi silahlı əməliyyatların qızışdırmasını və o cümlədən yerli erməni qüvvələrinin Kəlbəcər rayonuna soxulması ilə əlaqədar narahatlığını qeyd edərək; bu vəziyyətin sülh və sabitliyə təhlükə yaranması, mülki əhalinin kütləvi yerdəyişməsi, regionda, o cümlədən Kəlbəcər rayonunda fövqəladə humanitar vəziyyətilə əlaqədar öz ciddi narahatlığını bildirərək; bu regionda olan bütün dövlətlərin ərazi bütövlüyünü, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək üçün silahlı qüvvələrin istifadə etməyin yolverilməzliyini bir daha təsdiq edərək; ATƏT çərçivəsində keçirilən sülh danışıqlarını dəstəklədiyini bəyan edərək və hərbi əməliyyatların qızışdırılması, bunun ağır nəticələrə gətirib çıxaracağı ilə bağlı narahatlığını bildirərək:

1) Dayanaqlı atəşkəsin əldə olunması üçün bütün hərbi əməliyyatların və digər düşmənçilik aktlarının hökmən dayandırılmasını, işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın zəbt olunmuş rayonlarından çıxarılmasını tələb edir;

2) Maraqlı tərəfləri münaqişəni ATƏT-in Minsk qrupu prosesinin çərçivəsində sülh yolu ilə həll etmək üçün danışıqları bərpa etməyə və problemin sülh yolu ilə həll olunmasına qarşı hər hansı bir hərəkətə yol verməkdən çəkinməyə çağırır;

3) Bu regionda həmçinin münaqişənin toxunulduğu rayonlarda mülki əhalinin əzab-əziyyətlərinin azaldılması üçün aparılan humanitar yardımın göstərilməsinə əlaqədar olan beynəlxalq fəaliyyətin maneəsiz keçməsini təmin edilməsinə çağırır və tərəflərin Beynəlxalq Humanitar Hüququn prinsiplərinə və normalarına əməl olunmasının məcburiliyini təsdiq edir;

4) Baş Katibdən hazırda fəaliyyətdə olan ATƏT-in və Minsk qrupunun sədrlərinin məsləhəti ilə regionda və həmçinin Azərbaycanın Kəlbəcər rayonundakı vəziyyətin qiymətləndirilməsini və sonradan Şuraya məruzə edilməsini xahiş edir;

5) Bu məsələ ilə əlaqədar aktiv məşğul olmağı qərara alır.

Sərəncam 3205 saylı yığıncağında yekdilliklə qəbul olunmuşdur.

BMT-nin Təhlükəsizlik Şurasının
29 iyul 1993-cü il
853 saylı Qətnaməsi

Təhlükəsizlik Şurası özünün 30 aprel 1993-cü il tarixli 822 saylı Qətnaməsini təsdiq edərək; ATƏT-in Minsk qrupunun 27 iyul 1993-cü il tarixli məruzəsini dinləyərək; Ermənistan və Azərbaycan Respublikası arasında olan münasibətlərin pislənməsi və onların arasında olan gərginlikdən ciddi narahatlığını bildirərək; tərəflərin 822 saylı Qətnamənin həyata keçirilməsinə dair təxirəsalınmaz planın qəbul etmələrini alqışlayaraq; hərbi qüvvələrin əməliyyatlarının qızışdırılması, o cümlədən Azərbaycanın Ağdam rayonun işğalını həyəcanla qeyd edir; bu vəziyyətin sülh və sabitliyə təhlükə yaranmasına dair narahatlığını bildirir;

1) Ağdam rayonu və Azərbaycanın işğal olunmuş digər torpaqlarının zəbtini pisləyir;

2) Regionda düşmənçilik hərəkətlərini, həmçinin mülkü əhaliyə hücumlar və yaşayış rayonlarının bombardman edilməsini və artilleriya atəşinə tutulmasını pisləyir;

3) Bütün hərbi əməliyyatların təxirəsalınmazdan dayandırılmasını, təcili, tam və danışıqsız olaraq Ağdam və Azərbaycanın işğal olunmuş digər rayonlarından münaqişədə iştirak etmiş silahlı qüvvələrinin çıxardılmasını tələb edir;

4) Tərəfləri razılaşmaya gəlməyə və bu razılaşmaya əməl etməyə çağırır;

5) Regionda yuxarıda göstərilən 3-cü və 4-cü bəndlərin kontekstini, özünün əvvəlki iqtisadi, nəqliyyat və energetika əlaqələrinin bərpasına çağırışlarını bir daha təsdiq edir;

6) ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həll olunmasına, həmçinin 822 (1993) saylı qətnaməsinin həyata keçirilməsinə yönəldilmiş səylərini bəyənir və buna qarşı çıxa biləcək hərbi əməliyyatların qızışdırılması ilə bağlı ciddi narahatlığını bildirir;

7) ATƏT-in nəzarətçi missiyasının və fəaliyyət qrafikinin yaradılmasına dair tədbirlərin, həmçinin Şura çərçivəsində və yerlərdə şuranın iştirak etməsi haqqında təklifi alqışlayır;

8) Tərəflər münaqişənin sülh yolu ilə həll olunmasına qarşı hər hansı bir hərəkətdən çəkinməyə, Minsk qrupu çərçivəsində danışıqların aparılmasına, həmçinin münaqişənin son həllinə yönəlmiş birbaşa əlaqələri davam etməyə çağırır;

9) Ermənistan Respublikasının Azərbaycanın Dağlıq Qarabağ regionun ermənilərinin 822-ci (1993) və indiki qətnamələrin əməl etməsini təmin etməyə və bu tərəfin Minsk qrupunun təkliflərini qəbul eləməsinə çağırır.
Dövlətləri təklikdə münaqişənin eskalasiyasına, yaxud ərazilərin işğalının davam etdirilməsinə gətirib çıxarda bilən hər hansı silahın və hərbi əmlaklara təchiz etməkdən çəkinməyə çağırır.

10) Dövlətləri münaqişənin şişirdilməsinə və ya ərazinin işğalına davam etməsinə yönəlmiş hər hansı bir silahlı və hərbi yardımdan çəkinməyə təkidlə çağırır;

11) Mülkü əhalinin dözülməz vəziyyətinin yüngülləşdirilməsinə yönəldilmiş regionda, həmçinin münaqişənin toxunduğu bütün rayonlarda humanitar yardımla maneəsiz təmin olunmasına etməyinə bir daha çağırır;

12) Baş Katibdən və müvafiq beynəlxalq təşkilatlardan zərər çəkmiş mülki əhaliyə təcili humanitar yardımın verilməsini və yerini dəyişmiş şəxslərin evlərinə qaytarılmasına xahiş edir;

13) Baş Katibdən, hazırda fəaliyyətdə olan ATƏT-in və Minsk qrupunun sədrlərinin məsləhəti ilə regionda vəziyyətə dair məruzələrin təqdimatının davam etdirilməsini xahiş edir;

14) Bu məsələ ilə əlaqədar aktiv məşğul olmağı qərara alır.

3259 saylı yığıncağında yekdilliklə qəbul olunmuşdur.

BMT-nin Təhlükəsizlik Şurasının
14 oktyabr 1993-cü il tarixli
874 saylı Qətnaməsi


Təhlükəsizlik Şurası özünün 30 aprel 1993-cü il tarixli 822, 29 iyul 1993-cü il tarixli 853 saylı qətnamələrini təsdiq edərək və 18 avqust 1993-cü ildə Təhlükəsizlik Şurasının Sədri tərəfindən oxunan Bəyanata istinad edərək, Qarabağ üzrə ATƏT-in Minsk qrupunun BMT-nin sədrinə ünvanlanmış 1 oktyabr 1993-cü il tarixli məktubuna baxaraq, Azərbaycan Respublikasında və onun ətrafında Dağlığ Qarabağ konfliktinin və Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında olan gərginliyin sülh və sabitliyə təhlükə yaratması ilə bağlı öz narahatlığını bildirərək, 8 oktyabr 1993-cü ildə Moskva şəhərində keçirilən yüksək səviyyəli görüşü qeyd edərək və bu görüşün vəziyyətin yaxşılaşmasına və konfliktin sülh yolu ilə həll olmasına kömək edəcəyinə ümid bəsləyərək, Azərbaycan Respublikasının və regionda olan digər dövlətlərin suverenliyini və ərazi bütövlüyünü, beynəlxalq sərhədlərin pozulmazlığını və qüvvə tətbiq edərək torpaqların alınmasının mümkünsüzlüyünü bir daha təsdiq edərək, konflikt ilə bağlı insanların əzab-əziyyətləri və regionda baş verən humanitar vəziyyətlə əlaqədar, o cümlədən Azərbaycan Respublikasının çoxsaylı vətəndaşlarının yerdəyişməsi ilə əlaqədar öz ciddi narahatlığını bildirərək:

1) Tərəfləri atəşkəsin effektlisini və daimiliyini, Minsk qrupuna dəstək olaraq Rusiya Federasiyasının yardımı ilə birbaşa əlaqələrin yaradılmasını təmin etməyə çağırır;

2) Özünün ATƏT və Minsk qrupunun yorulmaz əməyi çərçivəsində əldə olunan sülh prosesini dəstəklədiyini bir daha bəyan edir;

3) 28 sentyabr 1993-cü ildə Minsk qrupunun yığıncağında qəbul edilmiş və Sədr tərəfindən maraqlı tərəflərə təqdim edilmiş «822 (1993) və 853 (1993) Qətnamələrinin həyata keçirilməsi ilə əlaqədar təxirə salınmaz tədbirlərin yeniləşmiş qrafikini» bəyənir, tərəflərə onu qəbul etməsini məsləhət görür və buna çağırır;

4) Münaqişədən irəli gələn və «Yeniləşmiş qrafik»də həll olunmamış problemlərin Minsk qrupu tərəfindən aparılan sülh danışıqları çərçivəsində həll ediləcəyinə əmin olduğunu bildirir;

5) Tərəfləri Minsk qrupunun «Yeniləşmiş qrafik»də nəzərə tutulmuş qarşılıqlı və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə, zəbt olunmuş ərazidən hərbi qüvvələrin çıxarılmasına, kommunikasiya və nəqliyyatla bağlı bütün maneələrin aradan qaldırılmasına çağırır;

6) ATƏT-in Nazirlər Şurasının 24 mart 1992-ci il tarixli mandatına əsasən və «Yeniləşmiş qrafik»də nəzərə alınmış və münaqişənin həllinə yönəldilmiş sülh danışıqlarının aparılması üçün tezliklə Minsk qrupunun konfransının keçirilməsini lazım bilir;

7) Baş katibdən Minsk konfransında iştirak etmək üçün nümayəndə göndərilməsi təklifini
müsbət cavablandırılmasını və konfransın açılışından sonra sülh danışıqlarının aparılmasına bütün mümkün olan köməyi göstərməsini xahiş edir;

8) ATƏT tərəfindən yaradılmış Nəzarət komissiyasını dəstəkləyir;

9) Tərəfləri Beynəlxalq Humanitar Hüququnun pozulmasına yol veriliməməsinə və 822 (1993) və 853 (1993) saylı Qətnamələrində olan, münaqişənin toxunduğu bütün rayonlarda humanitar yardım məqsədi ilə beynəlxalq fəaliyyətin maneəsiz keçirilməsinə təminat verilməsinin vacibliyini bir daha bəyan edir;

10) Bu regionda olan bütün dövlətləri münaqişənin böyüməsinə, sülh və sabitliyin pozulmasına yönəldilmiş hər hansı bir təcavüzdən və müdaxilədən çəkinməyə təkidlə çağırır;

11) Baş Katibdən və müvafiq Beynəlxalq Humanitar Təşkilatlardan zərər çəkmiş mülki əhaliyə fövqəladə yardım göstərilməsini, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmasının təhlükəsizlik şəraitində yaşamaq üçün köməklik göstərilməsini xahiş edir;

12) Baş Katibdən, ATƏT-in fəaliyyətdə olan Sədrindən Minsk prosesinin gedişatından və yerlərdə olan vəziyyətin bütün aspektləri üzrə, həmçinin bununla əlaqədar ATƏT və BMT-in indiki və gələcəkdəki əməkdaşlığı barəsində Şuraya təqdim etmələrini xahiş edirik;

13) Bu məsələ ilə əlaqədar aktiv məşğul olmağı qərara alır.

Qətnamə 3292 saylı yığıncağında yekdilliklə qəbul olunmuşdur.

BMT-nin Təhlükəsizlik Şurasının
12 noyabr 1993-cü il tarixli
884 saylı Qətnaməsi


Təhlükəsizlik Şurası,

30 aprel 1993-cü il tarixli 822 (1993), 29 iyul 1993-cü il tarixli 853 (1993) və 14 oktyabr 1993-cü il tarixli 874 (1993) saylı qətnamələrini təsdiq edərək,

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) çərçivəsində həyata keçirilən sülh prosesi, və ATƏM-in Minsk qrupunun yorulmaz səylərini tam şəkildə dəstəklədiyini təsdiq edərək,

ATƏM-in Dağlıq Qarabağ üzrə Minsk konfransının Fəaliyyətdə olan Sədrinin Təhlükəsizlik Şurası Sədrinin adına müraciətlənmiş 9 noyabr 1993-cü il tarixli məktubunu və ona əlavələri nəzərə alaraq,

Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişənin davam etdirilməsi və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasındakı gərginliyin regionda sülh və təhlükəsizliyi təhlükə altına atması ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək,

Atəşkəsin pozulması və buna cavab olaraq gücün həddindən artıq tətbiq edilməsi, xüsusilə Azərbaycan Respublikasında Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı nəticəsində hərbi əməliyyatların genişlənməsini həyəcanla qeyd edərək,

Azərbaycan Respublikasının və regionda digər dövlətlərinin suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək,

Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığı və ərazi əldə etmək məqsədilə gücün tətbiqinin yolverilməzliyini bir daha təsdiq edərək,

Son zamanda böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və Zəngilan rayonunda, Horadiz şəhərində və Azərbaycanın cənub sərhədində fövqəladə humanitar vəziyyətin yaranması ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək,

1. Hərbi əməliyyatların yenidən başlanması ilə nəticələnən tərəflər arasında əldə edilmiş atəşkəsin pozulmasını, xüsusilə Zəngilan rayonunun və Horadiz şəhərinin işğal edilməsini, dinc əhaliyə qarşı hücumları və Azərbaycan Respublikasının ərazisinin bombardman edilməsini pisləyir;

2. Ermənistan hökumətini Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməniləri tərəfindən 822 (1993), 853 (1993) və 874 (1993) saylı qətnamələrə riayət edilməsinə nail olmaq məqsədilə öz nüfuzundan istifadə etməyə və hərbi kampaniyanı genişləndirmək üçün lazımi vasitələrin münaqişəyə cəlb olunan qüvvələrə verilməməsini təmin etməyə çağırır;

3. ATƏM-in Minsk qrupunun doqquz üzvünün 4 noyabr 1993-cü il tarixli Bəyannaməsini1 alqışlayır və onun tərkibində atəşkəsin dayandırılması haqqında olan birtərəfli bəyanatlarla bağlı təklifləri yüksək qiymətləndirir;

4. Maraqlı tərəflərdən ATƏM-in Minsk qrupunun 2-8 noyabr 1993-cü tarixində Vyanada keçirilən iclasında edilən düzəlişlərlə "Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) saylı qətnamələrinin həyata keçirilməsi üzrə təxirəsalınmaz addımların Yeniləşdirilmiş cədvəlinə"2 uyğun olaraq hərbi əməliyyatların və düşmənçilik hərəkətlərinin dərhal dayandırılmasını, Zəngilan rayonundan və Horadiz şəhərindən işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılmasını və Azərbaycan Respublikasının bu yaxınlarda işğal edilmiş başqa rayonlarından işğalçı qüvvələrin çıxarılmasını tələb edir;

5. Maraqlı tərəfləri ATƏM-in Minsk qrupuna kömək məqsədilə Rusiya Federasiyası hökumətinin yardımı ilə həyata keçirilən birbaşa əlaqələr nəticəsində əldə edilən atəşkəsi təcili bərpa, onu effektiv və daimi etməyə, və ATƏM-in Minsk prosesi və Minsk qrupunun 2-8 noyabr 1993-cü il tarixli iclasında edilmiş düzəlişlərlə birlikdə "Yeniləşdirilmiş cədvəl" kontekstində münaqişənin danışıqlar vasitəsilə həllinin axtarılmasına təkidlə çağırır;

6. Regionda olan bütün dövlətləri münaqişənin genişlənməsinə və regionda sülh və təhlükəsizliyin pozulmasına gətirib çıxara biləcək hər cür düşmənçilik hərəkətlərindən və hər cür müdaxilədən çəkinməyə bir daha çağırır;

7. Baş Katibdən və müvafiq beynəlxalq qurumlardan Zəngilan rayonunun, Horadiz şəhərinin və Azərbaycanın cənub sərhədinin əhalisi də daxil olmaqla zərər çəkmiş əhaliyə təcili humanitar yardım göstərməyi, və qaçqın və məcburi köçkünlərə təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmaqda köməklik etməyi xahiş edir;

8. Baş Katibə, ATƏM-in Fəaliyyətdə olan Sədrinə və ATƏM-in Minsk Konfransının Sədrinə Minsk prosesinin gedişi və yerlərdə vəziyyətin bütün aspektləri, xüsusilə Şuranın müvafiq qətnamələrinin həyata keçirilməsi, və bununla əlaqədar ATƏM ilə Birləşmiş Millətlər Təşkilatı arasında indiki və gələcək əməkdaşlıq haqqında Şuraya məruzələrini davam etdirmək barədə xahişini təkrar edir;

9. Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır.

Qətnamə 3313 saylı yığıncağında yekdilliklə qəbul olunmuşdur

Vladimir Kazimirov. Qarabağ və BMT təhlükəsizlik şurasının qətnamələri


Müasir beynəlxalq həyatda BMT təhlükəsizlik şurasının qətnamələri təyinedici sənədlərdir. BMT üzvü olan bütün dövlətlər əlbəttə bunların vaxtında yerinə yetirməsinə əsaslanır. Dağlıq Qarabağ münaqişəsi üzrə 4 qətnamə var (822, 853, 874 və 884). Bütün bunlar 1993 ilin 30 aprelindən 12 noyabrında qədər Qarabağ müharibəsinin ən qızğın vaxtında qəbul edilib.
Dayanan danışma prosesində və hərgünkü şifahi müharibədə münaqişə tərəfləri onun ayrı nöqtələrinə əsaslanır. Yazıq ki hər tərəf bu qətnamələrdə özünə əlverişli nöqtələr göstərir və öz öhdəlikləri icra etməkdən hər cür çəkinir. Tərəflər o qədər vəziyyəti gərginləşdirir, ki əyrilikləri göstərən hər adamı qarşı tərəfin agenti olaraq sayılır. Bunlara baxmayaraq münaqişənin spesifikasını və inkişafı nəzərə alaraq BMT təhlükəsizlik şurasının əsas tələblərini kompleksli müzakirə etmək lazımdır.  
Son illərdə qətnamələrin icra etməsini daha tez Bakı tələb edir. Amma yalnız erməni silah qüvvətləri tərəfindən alınmış Azərbaycan 7 rayonlarından işğalçı qüvvətlərinin tam və qeyd-şərtsiz çıxarılması və oraya öz qaçqınların qaytarılması üzrə nöqtənin icra etməsini tələb edir. İndi Dağlıq Qarabağın bunun icra etməsini daha israrlı tələb edirlər. Heydər Əliyev bu məsələdə daha mülayim idi (Dağlıq Qarabağı işğal edilmiş torpaq saymaq üçün olduqca formal məntiq lazımdır).
Başqa sözlə desək Azərbaycan qətnamələrin tələbləri işğal olunmuş torpaqlarının azad edilməsinə çevirir. Ona silahlı münaqişənin ağır nəticələrinə və məcburi qaçqınların dərdinə nəzər yetirmək lazımdır. Lakin bu cür əsas əngəlli məsələ olan Dağlıq Qarabağ statusunun müəyyən etmə məsələsi ikinci plana və sonraya atmaq istəyirlər.
1.BMT TŞ qətnamələrinin adekvat izahı onların tələblərinin iyerarxiyalarını və 1993 ilin yayı və payızı müharibənin ən qızğın vaxtının olduğunu nəzərə almadan mümkün deyil. Buna görə ən birinci və ən əsas tələbi təcili sürətdə atəşin, bütün hərbi əməliyyatlarının və düşmən aktlarının kəsilməsi idi. Bu tələbi bütün 4 qətnamələrdə onların əsası olaraq aşkar görünür.
BMT TŞ bu tələbi hənuz 1993 ilin 30 aprelində birinci 822 qətnamədə irəli sürdü, lakin onun icra etməsi üçün tam bir il və üç başqa qətnamələr kifayət etməyib. Daha bir il qan tökülürdü, qaçqınların və mühacirlərin sayı artırılırdı. "Təxirsiz" atəş kəsilməsi 1994 ilə qədər təxirə salına bilməzdi. Tərəflərin bu əsas tələbə belə inadla məhəl qoymaması BMT TŞ qətnamələrinin öz vaxtında icrası hesab edilə bilərmi?
Hər yeni qətnamə vəziyyətin dəyişikliklərini nəzərə alırdı. Rusiya köməyi ilə əldə edilmiş hərbi əməliyyatların məhdudlaşdırması haqqında ilk razılıqlar, rəsmi Bakının bu razılıqları uzatmaqdan imtinası və Ağdamın məğlub olmasından sonra 29 iyulda qəbul edilmiş 853 saylı qətnaməsi tərəfləri "atəş kəsilməsi davamlı razılıqlara çatmağa və bu razılıqları riayət etməyə" çağırdı. Müvəqqəti atəşkəs müddətində Rusiya vasitəçiliyi ilə 14 oktyabrda qəbul edilmiş 874 saylı qətnaməsi bu razılığın daha effektivliyi və sabitliyi üçün idi. Azərbaycan tərəfindən bunun pozulmasından sonra 12 noyabrda qəbul edilmiş 884 saylı qətnamə "qəti surətdə" Minsk qrupuna kömək etmək üçün Rusiya Federasiyası təşəbbüsləri ilə başlamış müstəqim kontaktlar nəticəsində "atəşkəs rejiminə təcili surətdə qaytarmağa" çağırdı. Lakin təcili surətdə olmadı, buna çatmaq üçün yarım il keçdi.
İndi bütün qətnamələrin əsas tələbləri hansı tərəfdən pozulması və bunun nəticəsində təqribən bütün başqa tələblərin pozulması başlanğıcı üçün kimin məsuliyyət daşıdığını dəqiqləşdirmə vaxtı çatdı.
Əlbəttə heç kəs günahsız deyil, amma bu məsələdə "birincilik" şübhəsiz Azərbaycan tərəfinindir. Hətta öz torpaqları itirəndə Azərbaycan hakimiyyəti həm Elçibey həm də Əliyev zamanında inadla cəbhədə vəziyyəti dəyişdirmək və münaqişəsi güclə həll etmək istəyirdi. Guya torpaqların işğalının başlanmasında və genişlənməsində öz məsuliyyəti dərk etmirdi. Rusiya aktiv vasitəçiliyi illərində tərəflər dəfələr atəşkəsi və başqa razılıqları pozub. Bundan başqa sülh yaradan təşəbbüsləri lazımı qədər qiymətləndirməyib. Artıq 4 qətnamə mövcud olanda Bakı üç dəfə (1993 ilin dekabrında və 1994 ilin fevralında) hərbi əməliyyatlara son qoymaq üçün bütün şanslara məhəl qoymamadı.
1994 ilin 12 mayından başlamış atəşkəs Rusiya vasitəçiliyi ilə 1994 ilin 15 aprelindəki müstəqil dövlətlər birliyi prezidentlərinin bəyanata əsasən imzalandı. Bu razılıq artıq qabaqkılar kimi müvəqqəti yox müddətsiz idi və Moskva israrı ilə münaqişənin bütün üç tərəfləri (Bakı, Stepanakert və Yerevan).
2. Müharibə bütün qətnamələrə baxmayaraq davam edirdi. Bu qətnamələr hərbi əməliyyatların qızışdırmasını, yeni şəhərlərin və rayonların işğalı, atəşkəs rejiminin dəfələrlə təkrar olan pozulmasını və yaşayış məntəqələrinin top atəşə tutulmasını pisləyirdi. Bundan başqa beynəlxalq humanitar bütün hüquqlarının pozulmasından çəkinməyə çağırırdı. Deməli, ki əsas tələblərlə bərabər BMT TŞ başqa tələbləri də riayət edilmirdi. 
3. Bütün qətnamələr eyni zamanda işğal olunmuş torpaqlarından çıxarılmaya çağırırdı. Bakıda deyirlər, ki guya bütün qətnamələr qoşunların qeyd-şərtsiz çıxarılmasını tələb edir. Lakin belə deyil – yalnız 29 iyundakı 853 saylı qətnamə bu tələbi irəli sürür. Bəs sonra 874 və 884 saylı qətnamələrdən "qeyd-şərtsiz" sözü hara itdi? Təsadüfən unutqanlıq nəticəsindəmi? Mümkündür ki tərəflərdən birinin hərbi əməliyyatların dayandırılması haqqında əsas tələbinin pozulması nəticəsində. Döyüşlərə son qoymadan qüvvətlərin çıxarılmasına kim inana bilərdi? Kim döyüşlərə son qoymaq istəmirdi? BMT TŞ öz qətnamələri yerinə yetirməmək üçün mükafat verə bilməzdi. Məhz bu şəraitlərdə əvvəlcə şərtsiz olan tələb tərəflər arasında müzakirələrin mövzusu oldu. Bu məsələ çox dəfələr müzakirələrin mövzusu imiş, lakin istər ermənilərin istərsə də Dağlıq Qarabağ statusu müzakirə etmək istəməyən və hər yerdən, hətta Şuşadan və Laçından qoşunların çıxarılmasını tələb edən Bakının nöqteyi-nəzərinə görə həll edilməyib.
Başqa məsələləri və onların üzrə tələbləri müzakirə etmədən işğal olunmuş torpaqlardan qoşunlarının çıxarılmasının deyəsən qəti tələbatları çətin ki real ola bilər. Hərbi əməliyyatların təkrar edilməmə möhkəm təminatları olmayanda mərhələli həlli başlamaq perspektivsizdir. Hərbçi ritorika isə xüsusən münaqişənin mərhələli həlli üçün zərərlidir. Tərəflərə iki tərəflər üçün münasib bir razılığa gəlməyə çağıran Minsk prosesinin sədrləri olan Rusiya, ABŞ və Fransız da heç bir qeyd-şərtsiz şey tələb etmir. Münaqişəni güclə həll etmək üçün o illərdəki inadlı təşəbbüslər nəticəsində minlər məcburi köçkünlər əzab çəkib.
4. BMT TŞ qətnamələrdə bir sıra digər həyata keçirilməmiş tələblər var.
А) "Regionda iqtisadi, nəqliyyat və enerji əlaqələrin bərpa edilməsi (853), kommunikasiya və nəqliyyat üçün bütün əngəllərin aradan qaldırması (874)". Münaqişənin lap başlanğıcından Azərbaycan Dağlıq Qarabağı və Ermənistanı blokadaya saldı. O isə Ermənistanı Naxçıvanı blokadaya salmaqda ittiham edir. Bu tələblərin yerinə yetirilməsi üçün o torpaqların azad edilməsinə ilkin şərti qoyur. Bundan başqa bütün sahələrdə Ermənistanla və xüsusən Dağlıq Qarabağla bütün əlaqələri kəsdi.
B) Bir neçə tələblər müzakirə prosesinə toxunur. Azərbaycan ermənilərin Şuşanı və Laçını azad etməməyə qədər Minsk konfransına getməkdən imtina etdi, 1993 ilin 6 aprelində isə Jenevdə "Minsk beşliyi" konsultasiyasından getdi. BMT TŞ qətnamələri "Minsk qrupu çərçivəsində təxirsiz olaraq müzakirələrin yenidən başlanmasına (822), münaqişənin sülh həllinə əngəl olan bütün hərəkətlərdən vaz keçməsinə, Minsk qrupu çərçivəsində müzakirələrin davam etməsinə (853) və yaxın zamanda Minsk konfransının düzəltməsinə" çağırır(874).
Minsk qrupu çərçivəsindəki müzakirələr 1994 ildə davam edirdi, Dağlıq Qarabağla müstəqim kontaktlar isə 853, 874 və 884 saylı qətnamələr ziddinə Bakı 1993 ildə tamamilə kəsdi.
Bütün 4 qətnamələrdə Azərbaycan və Ermənistan arasındakı münasibətlərin pisləşməsi və gərginliyi haqqında ayrıca deyilir. Onların heç birində Ermənistan münaqişə tərəfi kimi göstərilmir (lakin bu yanlışlıqdır). Ona Dağlıq Qarabağ ermənilərinə "öz təsiri" göstərməyə çağırırlar (853, 884). Dağlıq Qarabağ münaqişə tərəfi kimi göstərilir, lakin Azərbaycan kimi gah əlaqədar tərəf, gah yalnız tərəf kimi göstərilir (853,874,884). Bu qətnamələr qismən deyirlər, ki bu münaqişə üç tərəflidir.
Qətnamələrdə başqa məsələlər də var, bu cümlədə hüquq və humanitar, lakin burda yalnız ən önəmli məsələlər müzakirə edildi.
Nəticədə demək olar ki:
Azərbaycan BMT TŞ qətnamələrinin ən əsas tələbləri olan atəş kəsilməsi, hərbi əməliyyatlar və düşmənçilik aktları dayandırılmasını inadla riayət etmirdi. Bu isə başqa tələblərin yerinə yetirməsinə təsir göstərdi. O indi də bunları yerinə yetirmir 1) nə rayondakı iqtisadi, nəqliyyat və enerji əlaqələrin bərpa edilməsi, 2) nə Dağlıq Qarabağla müstəqim əlaqələrin saxlanması, 3) nə də Minsk konfransının düzəltməsi.
Ermənistan və Dağlıq Qarabağ DQ yanındakı Azərbaycan torpaqlarından qoşunların çıxarılması tələbini riayət etmir və hər şeyi qavrayan, mərhələli həllinin tərəfdar olduğunu deyirlər.
Ermənistan isə Dağlıq Qarabağa təsir göstərmək üçün az cəhd edir.
Nəticədə tək nailiyyət artıq 10 il sürən sülhdür. BMT TŞ qətnamələri yerinə yetirmiş və münaqişədə tərəflərin nəzəri bunlara uyğun olaraq saymaq olmaz. Maraqlıdır, ki BMT TŞ daha bu münaqişə üzrə qətnamələr qəbul etmir, çünki bunların yerinə yetirilməməsi onun nüfuzunu salır.
Əlbəttə on bir il qabaq qəbul edilmiş qətnamələr səhvsiz və həmişə təsirli saymaq olmaz. Onlar o zamanın reallıqları ilə diktə edilib. Şübhəsiz Ermənistan bu qətnamələrdə tərəf olaraq sayılmalı idi, ki bu münaqişənin üç tərəfli konfiqurasiyasını daha aydın göstərəcək. Artıq kök salmış və sonra böyük miqyas almış muzdurluğu BMT TŞ pisləmədi. Başqa səhvlər də var.
İndi BMT-ni Qarabağ münaqişənin həllinə qoşmağa cəhdlər vaxtında on illik qabaqdakı mərhələnin yekunu vurmaq lazımdır. Keçmişə göz yummamalı, ondan ibrət almalı.
Bütün tərəflərin hakimiyyətlərindən müxtəlif formalarla və bütün tribunalardan münaqişənin həlli üçün möhkəm siyasi iradəsi, ciddi cəhdlər və tədbirlər tələb etmək lazım (manevr yalan jestləri, məlumat qarşıdurması və təbliğatçılıq tamaşası yerinə). Hənuz onların cəhdləri çox azdır. Onlar sülh yolu ilə həllin əsaslarını razılaşdırmalı. Bundan sonra azərbaycanlılar və ermənilər arasındakı tarixi sülhünə kömək üçün BMT TŞ yeni bir qətnamə qəbul etmək olacaq.
Beynəlxalq cəmiyyəti tərəflərin qarşısında məsələ qoymalı – onlar Dağlıq Qarabağ statusu mübahisəli məsələ kimi tanımaq hazırmı? Bütün dünya üçün bu aydındır, lakin tərəflər üçün bu belə deyil. Nə qədər ki pis səslənsə, lakin tərəflərin hakimiyyətləri hənuz reallıq, keçmə və nəhayət konstruktiv nəticələrin axtarması qabiliyyəti testindən keçməli. Yoxsa neyə görə bu münaqişə baş verdi və niyə bu qədər çox illər müzakirə aparırlar? Əgər belədirsə bu yalnız öz xeyrinə məsələni həll etməyə qəti tələblərdən çəkilmək üçün ilk addım olacaq. Bu münaqişənin daha sivil həlli, onun güc yolu ilə həllinə bihudə amma təhlükəli çağırışlarının və silahlı münaqişənin ağır nəticələrin aradan qaldırması üçün ilk addım olardı.

Xocali.net saytı Open.Armenia forumunun üzvləri ilə əməkdaşlıqla
"Ksenofobiya qabağı alınma təşəbbüsü" tərəfindən yaradılmışdı.
Rambler's Top100 Goon Каталог сайтов
2010-2015 © Copyright     E-mail: [email protected]